RU

Arif Quliyevin xanımı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır

Mərhum Xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti ağırlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev Yenicag.az-a açıqlamasında bildirib.

O, uzun müddətdir ki, sirrozdan əziyyət çəkən anasının Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirildiyini deyib: “Anamın səhhəti ağırdır, “Semaşko”ya yerləşdirilib. Dünən müayinələr aparıldı, həkimlər əllərindən gələni edirlər. Amma anamın vəziyyəti ağır olaraq qalır. Bütün gecəni xəstəxanada qalmışıq. Dua edirik, ümidimiz Allahadır”.

Qeyd edək ki, Xalq artisti Arif Quliyev 2021-ci ildə 70 yaşında koronavirusdan vəfat edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
798
27
bakivaxti.az

10Источники