İsrailin 7 oktyabrdan bəri intensiv hücumlar həyata keçirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 647-yə yüksəlib.
7NEWS.az xəbər verir ki, İsrailin Qəzza zolağının bombardmanı 228-ci gündür ki, davam edir. Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 5 hücum təşkil etdiyi, 85 nəfərin həyatını itirdiyi, 200 nəfərin yaralandığı bildirilib. Hücumların başladığı 7 oktyabrdan bəri ümumi can itkisinin 35 min 647, yaralıların sayının isə 79 min 852-yə yüksəldiyi bildirilib. Dağıntılar altında və yol kənarında hələ də meyitlərin olduğu, İsrailin maneələri üzündən təcili yardım və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də vurğulanıb.
7NEWS.az