Qubaya son beş ayda yatırılan investisiyaların həcmi 120 milyon manat təşkil edib
Qubaya son beş ayda yatırılan investisiyaların həcmi 120 milyon manat təşkil edib . Nəticədə 2200-dən çox işyeri açılıb. Bunu Quba rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov bildirib.
" Quba rayonu ərazidində Xınalıq kəndi yerləşur ki, bu kənd YUNESKO abidələri siyahısına daxil edilib. Ümumilikdə rayon ərazisində 160 arxitektura abidəsi var” , - Mahmudov ll Azərbaycan - Özbəkistan regionlar arası forumunun Qubada keçirilən iclasında bildirib.
O, Özbəkistan iş adamlarını bu regiona sərmayə qoymağa çağırıb.