İsveç çempionatında 10-cu turun oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının da formasını geyindiyi “Yurqorden” öz meydanında "Halmstad"ı qəbul edib. Matç "Yurqorden"in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Musa bu oyunda iştirak etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, “Yurqorden” hazırda turnir cədvəlində 22 xalla 2-cidir. Komanda lider "Malmö"dən 3 xal geri qalır.
“Yurqorden” - “Halmstad” - 2:0
Qollar: Qustav Vikheim, 7, Kol Nquen, 16