RU

Onları kim və necə əvəz edəcək? - İran qanunlarının tələbi

İranın helikopter qəzasında ölmüş rəsmi şəxsləri necə əvəzlənəcək?

Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bu barədə Keşikçilər Şurası Araşdırma İnstitutu rəhbərinin müavini Əli Fəttahi danışıb.

Onun sözlərinə görə, prezidentin ölümü rəsmən elan edildikdən sonra yeni prezidentin seçilməsi prosesi başlayır.

Əli Fəttahi qeyd edib: "Konstitusiyanın 131-ci maddəsinə əsasən, növbəti 50 gün ərzində seçkilərin keçirilməsi şərtlərini hazırlamaq üçün Ali Rəhbərin icazəsi ilə Prezidentin bütün səlahiyyətləri Birinci vitse-prezidentə veriləcək. Prezidentin səlahiyyətlərinin Birinci vitse-prezidentə verilməsinə Ali Rəhbərin razılığı rəsmi şəkildə elan edilməlidir, çünki bu, Rəhbərliyin təsdiqi haqqında qanunda nəzərdə tutulub".

Ekspert əlavə edib ki, yeni prezident seçilənə qədər parlamentin impiçment və ya etimad səsverməsi hüququ yoxdur:

"Ali Rəhbərin təsdiqindən sonra Birinci vitse-prezident prezidentin bütün səlahiyyətlərinə sahib olacaq. Bu 50 gün ərzində parlament heç bir nazirə impiçment elan edə və ya nazirlə bağlı etimad səsverməsi iclası keçirə bilməz. Həmçinin Birinci vitse-prezidentin ölkədə referendum elan etmək hüququ olmayacaq".

Əli Fəttahi yeni xarici işlər nazirinin təyin edilməsi məsələsinə də toxunub. Onun sözlərinə görə, bu səlahiyyət Birinci vitse-prezident ixtiyarındadır:

"Birinci vitse-prezident yaxın 50 gün ərzində bir naziri vəzifəsindən azad edə və ya yeni bir şəxsi nazirliyə rəhbər təyin edə bilər".

İranda prezident seçkilərinin keçirilməsinə gəlincə, ekspert qeyd edib: 

"Qanuna əsasən, daxili işlər naziri yaxın bir neçə gündə seçkilərin keçirilməsi haqqında əmr verməlidir. Namizədlərin qeydiyyatı üçün 5 gün vaxt ayrılacaq, daha sonra Nəzarətçilər Şurasına 5 gün vaxt veriləcək və Nəzarətçilər Şurasının rəyi açıqlandıqdan sonra namizədlərin təşviqat kampaniyası başlayacaq. Bundan sonra növbəti 4 il müddətinə yeni prezident seçiləcək".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
54
1
yenisabah.az

2Источники