Azərforum xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına, Gəncəçay çayında 14 yaşlı oğlanın meyiti aşkarlanıb.
2010-cu il təvəllüdlü Murad Allahverdiyevin çayda boğularaq öldüyü bildirilir.
Qeyd edək ki, mərhumun yaxınları bu gün onun itkin düşdüyü barədə polisə məlumat veriblər.
Faktla bağlı araşdırma aparılır.