RU

Omanda gizli Yaxın Şərq toplantısı: İrana xəbərdarlıq edildi

ABŞ və İran nümayəndələri bir neçə gün əvvəl Omanda Yaxın Şərqdəki gərginliyə nəzarətlə bağlı gizli görüş keçiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Walla” portalı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Mənbə bildirir ki, iki ölkənin nümayəndə heyətləri mayın 14-də görüşüblər.

Toplantıya Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və İran üzrə xüsusi nümayəndə Abram Pelinin qatıldığı bildirilsə də, Tehranı kimlərin təmsil etdiyi bildirilməyib.

Portal yazır ki, bu, yanvarda Omanda keçirilən analoji görüşdən sonra iki tərəf arasında dolayı danışıqların ilk raundu olub.

Danışıqların İranın İsrailə hücumundan təxminən bir ay sonra Omanın vasitəçiliyi ilə baş tutduğu və ABŞ rəhbərliyinin Yaxın Şərqdəki böhranın regional müharibəyə çevrilməsinin qarşısını almağa çalışdığı qeyd edilib.

ABŞ rəsmiləri toplantıda İranın bölgədəki “Hizbullah”, “Ənsarallah” və digər proksiləri vasitəsilə təhlükəli fəaliyyətlərini gündəmə gətirib. Görüşdə İran və proksilərinə atdıqları addımlarının mümkün nəticələrini çatdıran ABŞ təmsilçiləri həmçinin Tehranın nüvə proqramını inkişaf etdirməsindən narahatlıqlarını vurğulayıblar.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
108
teleqraf.com

1Источники