RU

Mövsümün ən yaxşısı

“Mançester Siti” klubunun yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasının 2023/2024 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Msport.az turnirin rəsmi saytına istinadən məlumatına görə, 23 yaşlı futbolçu səsvermədə komanda yoldaşı Erlinq Holann, həmçinin Aleksander İsak (“Nyukasl”), Martin Edeqor, Deklan Rays (hər ikisi “Arsenal”), Koul Palmer (“Çelsi”), Vircil van Deyk (“Liverpul”) və Olli Uotkinsi (“Aston Villa”) qabaqlayıb.

Qeyd edək ki, F.Foden bu mövsüm İngiltərə Premyer Liqasında 34 oyun keçirib, 17 qola və 8 məhsuldar ötürməyə imza atıb.

Избранный
342
10
msport.az

10Источники