RU

Premyer Liqa: Bu gün 3 həlledici oyun keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.

Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandaların iştirakı ilə baş tutacaq bu oyunların hamısına eyni saatda (17:00-da) start veriləcək. Belə ki, “Sabah” “Sumqayıt”ı, “Səbail” “Neftçi”ni, “Kəpəz” də “Zirə”ni qəbul edəcək. Bu altı komandadan yalnız “Səbail”lə “Kəpəz” avrokubok şansını itirib. Qalan dörd komanda Avropa Konfrans Liqasında ölkəmizi təmsil etməyə əsas namizəddir.

Qeyd edək ki, “Sumqayıt” hazırda 4 xalla 2-ci, “Neftçi” 53 xalla 3-cü pillədə qərarlaşıblar. 52 xalı olan “Zirə” və “Sabah” isə 4-cü və 5-ci pillələri bölüşürlər. “Səbail”in 42, “Kəpəz”in 35 xalı var.

Premyer Liqa
35-ci tur
17 may

“Qarabağ” – “Turan Tovuz” 4:3
Qollar: Olavio Juninyo, 19. Leandro Andrade, 69; 90. Mateus Silva, 75 – Emmanuel Hakman, 48; 86. Luis Paçu 53.
Hakimlər: Cavid Cəlilov, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

18 may

17:00. “Sabah” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Masazır Arena.”

17:00. “Səbail” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Rəhman İmami, Zöhrab Abbasov, Nicat İsmayıllı.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“Bayıl Arena”.

17:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Kamal Umudlu.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Tovuz şəhər stadionu.

19 may

16:00. “Qəbələ” – “Araz-Naxçıvan”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Tərlan Talıbzadə, Əkbər Əhmədov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Qəbələ şəhər stadionu.

Избранный
369
1
arena.az

10Источники