Bu gün Azərbaycan Premyer Liqasında XXXV tura start verilib.
Publika.az xəbər verir ki, ilk oyun günü "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edib.
Qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb - 4:3.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə hesabı "köhlən atlar"dan 19-cu dəqiqədə Juninyo açıb. 47-ci dəqiqədə Emmanuel Kahman "status-kvo"nu bərpa edib, 6 dəqiqə sonra isə Luis Paçunun qolu "Turan Tovuz"u hesabda önə çıxarıb. Bununla belə, 69-cu dəqiqədə Leandro Andrade yenidən hesaba tarazlıq gətirib. 75-ci dəqiqədə Matues Silva ağdamlıların üçüncü qolunun müəllifi olub. Final fitinə 5 dəqiqə qalmış E.Hakman qonaqların heyətində dubl edib. 90-cı dəqiqənin tamamında isə L.Andrade "Qarabağ"ın heyətində dubl müəllifi olub və oyunda yekun hesabı müəyyənləşdirib.