RU

Ermənistanın hakim partiyası bildirib ki, Paşinyan istefaya getməyəcək

Ermənistanın baş naziri Nikol Paşinyan heç bir halda müxalifətin tələb etdiyi kimi istefaya getməyə hazırlaşmır və növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək. Bizimyol.info xəbər verir ki, bu sözləri brifinqdə hakim “Mülki müqavilə” partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan deyib. “Partiyamız müxalifətin ruhani lideri, arxiyepiskop Baqratla dediyiniz gündəmlə bağlı (Paşinyan istefasını nəzərdə tutur) görüşə bilməz. 2021-ci il parlament seçkilərində Ermənistan Respublikasının vətəndaşları parlament formalaşdırıb, parlament hökuməti formalaşdırıb və onun sədri var. Hökumət dövləti idarə edir və hazıda hakimiyyət dəyişikliyi üçün heç bir əsas yoxdur. Ermənistanda hökumət 2026-cı ildə keçiriləcək növbəti parlament seçkiləri zamanı yalnız qanuni vasitələrlə dəyişdirilə bilər. Ermənistanın baş naziri Nikol Paşinyandır, onun istefa vermək kimi bir fikri yoxdur və biz bu məsələni heç kiminlə, heç bir halda müzakirə etmək fikrində deyilik. Əsası olmayan xəyalları müzakirə etməyə ehtiyac da görmürük, buna ayıracaq vaxtımız da yoxdur. Görünür bəzi adamların boş vaxtı çoxdur, biz isə dövlətimizin gələcəyi üçün çalışırıq”, - deyə o qeyd edib. Qadir, Bizimyol.info

Избранный
62
2
bizimyol.info

3Источники