Olaylar.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu mayın 17-də jurnalistlərə Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim partiyadan olan deputat Sarkis Xandanyan bildirib.
O bildirib ki, bu məsələ müzakirə mövzusu ola bilməz, çünki Ermənistan vətəndaşları 2021-ci ildə seçki yolu ilə hökuməti təyin edən parlament formalaşdırıblar. Ermənistanda hakimiyyət yalnız demokratik, legitim yolla, 2026-cı ildə keçiriləcək seçkilər yolu ilə dəyişə bilər.
S.Xandanyan onu da qeyd edib ki, baş nazirlə "Vətən uğrunda Tavuş" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan arasında görüş nəzərdə tutulmayıb: "Hansı məsələ ətrafında görüş keçirilməlidir? Hakim partiya belə bir təklif almayıb". (Sfera)