Demokrat.az apa-ya istinadən xəbər verir ki, Mehdi Xəlilbəyli bir qədər əvvəl Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
M.Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220-ci (kütləvi iğtişaş), 221-ci (xuliqanlıq) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
Bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
M.Xəlilbəylinin vəkili Hafiz Ələsgərov bildirib ki, müdafiə etdiyi şəxs istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib.
M.Xəlilbəyli Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü qeyd edib.
Qeyd edək ki, Mehdi Xəlilbəyli Müsavatın Avropa Koordinasiya Mərkəzinin (AKM) üzvü kimi Almaniyada mühacir alverində də ittiham olunub. 2019-cu ilin noyabr ayında Almaniya polisi siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlıları saxlayıb.
10Источники
-
yenigundem.azAvropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib ( 6585715)
-
sabah.azMehdi Xəlilbəyli 2003-cü ildəki hadisələrə görə həbs olunub - Yenilənib ( 6576130)
-
kaim.azAvropada mühacirətdə olan fəal Bakıya döndü, hava limanında saxlanıldı – AÇIQLAMA ( 6573214)
-
reyting.azMüsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub ( 6571732)
-
reyting.azMüsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub ( 6571411)
-
7news.azAzərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu ( 6570916)
-
demokrat.azAzərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU ( 6570856)
-
yenisabah.azMühacirətdən qayıdan musavatçı Mehdi Xəlilbəyli Bakıda həbs edildi ( 6570046)
-
far.azHadisəAzərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda həbs olundu ( 6569833)
-
oxu24.comAvropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib ( 6569641)