RU

Gəncədə avtomobil qaçıran şəxs SAXLANILDI

Gəncədə avtomobil qaçıran şəxsin digər cinayət əməllərinin üstü də açılıb.


Avtosfer.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus "VAZ-21099” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Ə. Gülməmmədov saxlanılıb.


Şöbə əməkdaşları tərəfindən şəxsin ətrafında aparılan istintaq hərəkətləri zamanı onun  daha bir oğurluq cinayəti törətməsi müəyyən olunub.


Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Избранный
271
50
avtosfer.az

10Источники