Hindistanda ildırım vurması nəticəsində 12 nəfər ölüb
Hindistanın Qərbi Benqal ştatında ildırım vurması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər yaralanıb.
AZƏRTAC “Times of İndia” saytına istinadla xəbər verir ki, həlak olanlar evlərindən kənarda, meyvə bağlarında və tarlalarda işləyən insanlar olub.
Qeyd edək ki, hər il musson yağışları mövsümündə Hindistanda yüzlərlə insan ildırım vurması nəticəsində həyatını itirir.
Mənbə: AZƏRTAC