RU

YAP Biləsuvar rayon təşkilatı 11saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib - ŞƏRH

May ayının 17-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının 11saylı şəhər ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi. İclasda YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.

Gündəlikdə duran I məsələ ilə əlaqədar 11 saylı şəhər ərazi partiya təşkilatının sədri Elsevər Əliyev ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi.

Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonar səsvermə nəticəsində Əliyev Elsevər Nüsrət oğlu YAP Biləsuvar rayon təşkilatının 11saylı şəhər ərazi partiya təşkilatının sədri, Məhərrəmov Yavər Əsgər oğlu isə sədr müavini seçildilər.

Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. Aqşin Qasımov yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.

Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvlərinə təşəkkürnamə təqdim olundu.

Избранный
223
7
sesqazeti.az

10Источники