RU

Sakinlər “Kursus-Nizami” MTK-nı məhkəməyə verdi

Nizami Rayonu ərazisində yerləşən “Kursus-Nizami” Mənzil Tikinti Kooperativi bir qrup sakin tərəfindən məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, sözügedən MTK-da mənzil alan Əhmədov Murad, Orucov Qorxmaz, Əmirov Faiq və Mürsəlov İlqar “Kursus-Nizami” ilə bağlı məhkəmədə iddia qaldırıblar. İşin mahiyyəti mülkiyyət hüququ ilə əlaqədar yaranmış mübahisədir. Mübahisə yaradan digər səbəblər açıqlanmır.

MTK-nın işinə 11 iyun tarixində Nizami Rayon Məhkəməsində hakim Həqiqət Əhmədovanın sədrliyi ilə baxılacaq.

Roman

Избранный
147
13
tribunainfo.az

10Источники