RU

Paytaxtın bu yollarında sıxlıq var - SİYAHI

Bakı. Trend:

Bakının bir sıra yollarında tıxac müşahidə olunur.

Trend xəbər verir ki, bubarədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumatyayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən,hər iki istiqamətdə;

3. Tbilisi prospekti, hər iki istiqamətdə;

4. Bakıxanov küçəsi, "Dədə Qorqud" parkı istiqamətində;

5. "20 Yanvar" dairəsində;

6. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudovküçəsi ilə kəsişməyə qədər;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi iləkəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

11. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasındanBinəqədi qəsəbəsi istiqamətində;

12. Bülbül prospekti, “Sahil” metro stansiyasınınqarşısında;

13. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən RəşidBehbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Избранный
393
49
az.trend.az

10Источники