RU

Bill Qeytsin qızı həkim oldu

“Microsoft” şirkətinin qurucusu Bill Qeyts sosial şəbəkədə qızı Cenniferi tibb fakültəsini bitirməsi münasibətilə təbrik mesajı yayımlayıb. 

News24.az xəbər verir ki, milyarder iş adamı eyni paylaşıma qızının körpə ikən çəkilmiş şəklini də əlavə edib.

“Uşaq bağçasından tutmuş tibb məktəbinə qədər mən sizə rəsmi olaraq Dr. Qeyts adlandırmaqdan qürur duyuram”,- deyə o bildirib.

Qeyd edək ki, Cennifer Qeyts Nyu-Yorkdakı Sina dağındakı İcahn Tibb Məktəbini pediatr kimi bitirib. 

28 yaşlı Qeyts doktorluq dərəcəsinin onun uşaqlıq arzusu olduğunu vurğulayıb.

Mehriban Mirzəzadə



Избранный
114
31
news24.az

10Источники