RU

Qəbələnin su basan kəndlərində tədbirlər görülür - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Qobuçay çayının Qəbələ rayonunun Bunud və Həzrə kəndləri ərazisindən keçən hissəsinin daşaraq məcrasını dəyişməsi və bəzi yerlərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, bununla əlaqədar əraziyə FHN-in Şimal-qərb Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda Regional Mərkəzin və aidiyyəti yerli qurumların qüvvələri tərəfindən məcrasını dəyişən çayın yatağının bərpa edilərək subasmanın qarşısının alınması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
123
11
apa.az

10Источники