RU

Rəşad Orucov: “20-dən çox təşkilat Mərkəzi Banka lisenziya üçün müraciət edib”

Bu günə kimi 20-dən çox ödəniş və elektron pul təşkilatı Mərkəzi Banka lisenziya almaq üçün müraciət edib.

Bunu Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Rəşad Orucov Bakıda keçirilən Fintex Sammitində deyib.

Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən müvafiq müraciətlərə baxılaraq, təşkilatlarla aktiv kommunikasiya çərçivəsində zəruri hüquqi dəstək göstərilməkdədir.

O qeyd edib ki, cari ayın sonunadək bütün qanunvericilik tələblərinə cavab verən təşkilatlara lisenziyaların verilməsinə başlanılması nəzərdə tutulur.

Избранный
584
30
banker.az

10Источники