Tarix: 14 May 2024 22:56
Çexiya miqrasiya ilə mübarizə üzrə Avropa İttifaqı (Aİ) ölkələrindən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib.
Milli.Az report.az-a istinadən xəbər verir ki, sözügedən qrupa Çexiyadan başqa 18 ölkə daxil olacaq.
"Aİ Miqrasiya Paktının qəbulu qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə yalnız ilk addımdır və bu, əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Çexiya bununla daha ardıcıl mübarizə aparmaq istəyən dövlətlərdən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib", - agentlik ölkənin Baş naziri Petr Fialadan sitat gətirib.
Ölkələr Avropa Komissiyasına və digər Aİ ölkələrinə qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsinin zəruriliyi ilə bağlı fikirlərini əks etdirən məktub göndərmək niyyətindədirlər.
Milli.Az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта