RU

Çexiya miqrasiya ilə mübarizə üzrə Aİ ölkələrindən ibarət qrupun yaradılmasını istəyir

Çexiya miqrasiya ilə mübarizə üzrə Avropa İttifaqı (Aİ) ölkələrindən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, sözügedən qrupa Çexiyadan başqa 18 ölkə daxil olacaq.

"Aİ Miqrasiya Paktının qəbulu qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə yalnız ilk addımdır və bu, əhəmiyyətli dərəcədə gücləndirilməlidir. Çexiya bununla daha ardıcıl mübarizə aparmaq istəyən dövlətlərdən ibarət qrupun yaradılması təşəbbüsü ilə çıxış edib", - agentlik ölkənin Baş naziri Petr Fialadan sitat gətirib.

Ölkələr Avropa Komissiyasına və digər Aİ ölkələrinə qeyri-qanuni miqrasiya ilə mübarizənin gücləndirilməsinin zəruriliyi ilə bağlı fikirlərini əks etdirən məktub göndərmək niyyətindədirlər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
177
3
milli.az

4Источники