RU

Mahirlə Musa üçün çətin seçim: Avropada qalsınlar, yoxsa vətənə dönsünlər?

Hazırda Avropada ölkəmizi təmsil edən əsas futbolçular Mahir Emreli ilə Musa Qurbanlıdı.

Deyəsəksiz ki, axı Türkiyədə çıxış edənlərimiz də var. Burda bir incə məqam var: Türkiyədə çıxış edən futbolçularımızın maksimum gedə biləcəyi yer elə Türkiyədi, ya da Rahil Məmmədov kimi Avropanın hansısa çempionatında elitadan düşmək təhlükəsiylə üz-üzə olan bir klub. Onların oyunlarına və iştirak etdikləri liqaya baxsaq, çox böyük perspektiv gözləməyə dəyməz.

Mahirlə Musaya gəlincə, hər biri gənc yaşda Avropaya üz tutdu. Mahirin ilk dönəmləri uğurlu alınsa da, “Legiya”dan Zaqreb “Dinamo”suna keçid səhv qərar idi. Bəlkə də daha bir neçə il Polşada çıxış etsəydi, artan performansıyla hansısa “böyük beşlik” klubunun diqqətini çəkərdi. Musanın isə ilk mövsümüdü, hələ gəncdi. Qarşıda hansı karyeraya sahib olacağı bilinmir. Lakin “Yurqorden”in heyətində yetərincə meydana çıxmaması, ona ayrılan dəqiqələrdə də özünü təsdiqləyə bilməməsi adamı ümidsizliyə qərq edir. Bu iki futbolçumuzun Avropada qalmaq şansı aşağıdı. Qalacaqarı təqdirdə belə özlərini inkişaf etdirmələri çətin görünür. Bəs durğunluq dövrünü yaşayan futbolçularlımız nə etməlidi? Avropada qalmalıdırlar, yoxsa vətənə dönməlidilər? Bu barədə təcrübəli menecerlərin fikirlərini öyrənməyi lazım bildik.

Erkin İbrahimov:

“Fikrimcə, bəzən geri addım atmaq lazımdı. Hazırda həm Musa, həm də Mahir ideal formadan uzaqdı. Çünki hər ikisinin meydanda aldığı vaxt azdı. Uzun müddət meydanda ola bilməmək fubolçunun oyun praktikasının zəifləməsinə səbəb olur. Bəlkə də 6 aylıq və ya 1 mövsümlük Azərbaycana qayıtsalar, məncə, uduzmazlar. Bu, Musa üçün daha sərfəlidi. Çünki gəncdi. Azərbaycana qayıtsalar, ən azı özünəinamları bərpa olar. Arada belə addım atmaq lazımdı”.

Vaqif Heydərli:

“Artıq Mahir bir neçə mövsümdü Avropadadı. Uğurlu alınmadığını deyə bilərik. Amma Musanın ilk mövsümüdü və yaşı da nisbətən azdı. Buna görə onun keçid dövrünü yaşadığını nəzərə almaq olar. Həm də uyğunlaşmaq çətin olur. Çünki bizə uyğun olmayan, fərqli mentallığa malik ölkədi. Ona görə də belə çətinliklər normaldı. Amma ümid edək ki, Musa bu çətinlikləri aşacaq, orada qalacaq və davam edəcək. Futbolçularımızın klublarındakı vəziyyətinə gəlincə, məndə olan məlumata görə, heç birini göndərmirlər. Bu barədə də düşünmürlər və heç bir rəsmi məlumat yoxdu. Məncə, klublarında qalmalı, davam etməlidilər. Xüsusən də Musa. Çünki yaşı azdı, həm də ilk ilidi. Ola bilər ki, hansısa kluba icarəyə verilsinlər, ancaq yenə də Avropada qalmaları daha məqsədəuyğundu. Düşünürəm ki, Musa bu dönəmdən keçsə, daha uğurlu karyeraya sahib ola bilər”.

KAMAL SƏFƏR
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
348
4
football-plus.az

10Источники