Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli şəhərinin Aran küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İmişli rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan birmərtəbəli dördotaqlı evin iki otağının yanar konstruksiyaları 40m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə edilib.