Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.Bolgə.TV-nin məlumatına görə, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib.Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта