Hollivud ulduzu Stiv Buşemi Nyu-Yorkda gəzərkən naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə nəticəsində amerikalı aktyor xəstəxanaya yerləşdirilib.
Bu barədə hüquq-mühafizə orqanlarında çalışan mənbələr məlumat yayıblar.
Bildirilib ki, aktyorun üzü və sol gözü şişib.
Hücum edən şəxs qaçıb və hələ də tutulmayıb.
Qeyd edək ki, “Fargo”, “Pulp Fiction”, “Spy Kids 2: Island of Lost Dreams”, “The Big Lebowski” və digər filmlərdəki rolları ilə tanınan Buşemi “Emmy” və “Qızıl Qlobus” mükafatları laureatıdır.
Mənbə: gazeta.ru