Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Avropa çempionatına yekun vurulub.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla bitirib.
Millinin heyətində Qaşım Maqomedov (58 kq) və Cavad Ağayev (74 kq) fərqləniblər. Onların hər ikisi Avropa çempionatında bürünc medal qazanıblar.