İrəvanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, “Vətən uğrunda Tavuş” hərəkatının nümayəndələri və onların tərəfdarları səhər saat 08:00-dan etibarən etiraz aksiyası keçirərək, İrəvanın bir sıra küçələrində nəqliyyatın hərəkətini dayandırıb.
Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə hökumət nümayəndəsinin qanuni tələblərini yerinə yetirmədiyinə görə 156 vətəndaş polis bölmələrinə aparılıb.
Leyla SƏMƏNDƏR
Missiya.Az
Missiya.Az