“Qərb ölkələri təhdidlərlə üz-üzədir. İran, Çin, Şimali Koreya və Rusiya kimi avtoritar dövlətlər Qərb ölkələri üçün problem yaradır. Qarşıdakı beş il Böyük Britaniya tarixində ən təhlükəli illərdən biri olacaq”.
NOCOMMENT.az xəbər verir ki, ölkənin baş naziri Rişi Sunak belə deyib.
Onun sözlərinə görə, növbəti beş ildə son 30 ildəkindən daha çox dəyişikliklər olacaq. Demokratiyadan tutmuş iqtisadiyyata, cəmiyyətdə çətin müharibə və sülh məsələlərinə qədər həyatımızın demək olar ki, hər bir sahəsi dəyişəcək.