RU

Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb

Yardımlıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

E-huquq.az-ın məlumatına görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakinləri 1981-ci il təvəllüdlü Lənkəran şəhər sakini samid Məmmədov və 1977-ci təvəllüdlü əvvəllər məhkum olunmuş Nurəli Məmmədov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarından, taksi sürücüsü - 1978-ci il təvəllüdlü həmin şəhər sakini Nurlan Babayevin idarə etdiyi “Opel Astra” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 26-cı kilometrliyində Yardımlı rayonu ərazisində saxlanılıb.

Həmin avtomobilin arxa oturacağının üzərindəki 1(bir) ədəd kisədən 14.495 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Yardımlı RPŞ-də Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlanılıb.

OrxanRasifoğlu

Избранный
216
e-huquq.az

1Источники