“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
İqtisadiyyat.az xəbər verir ki, yığıncağın iyunun 25-də saat 11.00-da ASC-nin Hövsandakı inzibati binasında keçirilməsi nəzərdə tutulur.
Gündəliyə aşağıdakı məsələlər daxil edilib:
1.“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin 2023-cü il üzrə hesabatının təsdiqi.
2. Baş direktorun yenidən təsdiqi.
3. Digər təşkilati məsələlər.