![Litvada](https://azertag.az/files/2024/2/1200x630/1715563369364721731_1200x630.jpg)
Bakı, 13 may, AZƏRTAC
Litvada keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.
AZƏRTAC xəbər verir ki, namizədlərdən heç biri 50 faizlik həddi keçə bilməyib. Hazırki Prezident Qitanas Nauseda 46,08 % səs toplaya bilib. Digər ən çox seçici etimadı qazanan namizəd İnqrida Şimonitedir. O, seçicilərin 16,48 %-nin etimadını qazana bilib.