Bakı, 12 may, AZƏRTAC
Sergey Şoyqu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi təyin edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin sərəncam imzalayıb.
Sergey Şoyqu bu postda Nikolay Patruşevi əvəz edəcək.
Qeyd edək ki, S.Şoyqu bu günədək müdafiə naziri vəzifəsində işləyib.