Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor" yeni baş məşqçisini açıqlayıb.
“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda yenidən Ertuğrun Sağlama tapşırılıb.
54 yaşlı mütəxəssisllə 1.5+1 illik müqavilə imzalandığı bildirilib.
Qeyd edək ki, E.Sağlam bu ilin fevral ayında istefaya göndərilmiş, onun yerinə isə Mustafa Gürsel təyin edilmişdi. Bu gün isə klub Gürsellə yolların ayrıldığını açıqlayıb.
"Kocaelispor" 1-ci Liqanı 55 xalla 6-cı pillədə başa vurub. Komanda Superliqaya vəsiqə uğrunda pley-offda mübarizə aparacaq.