![Yelkən](https://azertag.az/files/2024/2/1200x630/17155298925233248955_1200x630.jpeg)
Bakı, 12 may, AZƏRTAC
Üç gün müddətində 6 yarış keçirildi. Bu yarış gənc yelkənçilər üçün uğurlu oldu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Yelkən Federasiyanın vitse-prezidenti Burcu Algon Giorgianni Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Bakı Yelkən Reqatası" ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib: “Xəzər dənizini 4-cü dəfədir şənləndiririk. Üç gün müddətində 6 yarış keçirildi. Uşaqlarımız böyük uğurlar əldə etdilər. Bu gün Gürcüstan yelkənçiləri də iştirak edirdilər. Yelkən Azərbaycanda yeni idman növüdür. Avropa və dünya çempionatlarında yaxşı çıxış edirik. Məqsədimiz “Los Anceles -2028” Yay Olimpiya Oyunlarında iştirak etməkdir. Biz Azərbaycan Bayrağını beynəlxalq arenalarda dalğalandırmaq istəyirik”.
Xatırladaq ki, “Bakı Yelkən Reqatası” dördüncü dəfədir təşkil olunur.