Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatının 33-cü turunda "Botev"lə üz-üzə gəlib.
Fanat.Az xəbər verir ki, oyun "Arda"nın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
21 yaşlı Cəlal meydana start "11lik"də çıxıb və sona qədər mübarizə aparıb.
Qeyd edək ki, hazırda 44 xalı olan "Arda" hazırda turnir cədvəlinin 9-cu pilləsində mövqe tutub.