RU

“HƏMAS bunu etsə, sabah atəşkəs olar” – Bayden

“Qəzza zolağında atəşkəs Fələstinin HƏMAS hərəkatı saxladığı girovları azad etdikdən sonra başlayacaq”.

KONKRET.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden Vaşinqton ştatında özünün seçkiqabağı kampaniyası üçün vəsait toplama tədbirində deyib.

“HƏMAS girovları azad etsə, sabah Qəzzada atəşkəs olacaq”, – Ağ Evin mətbuat xidməti dövlət başçısının sözlərindən sitat gətirib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb. Noyabrın 24-də Misir və Qətərin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında humanitar atəşkəs əldə olunub. Dekabrın 1-də İsrail ordusu HƏMAS-ı atəşkəsi pozmaqda ittiham edərək Qəzzada hərbi əməliyyatları yenidən bərpa edib.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
234
50
konkret.az

10Источники