Səudiyyə Ərəbistanı çempionatında 2023/2024 mövsümünün qalibi bəlli olub.
Fanat.Az xəbər verir ki, Pro Liqanın 31-ci turunda "Əl-Həzm"i 4:1 hesabı ilə məğlub edən "Əl-Hilal" qızıl medallara sahib çıxıb.
Komanda xallarının sayını 89-a yüksəldib və sona 3 tur qalmış 2-ci yerdəki "Əl-Nəsr"i 12 xal qabaqlayıb.
Bununla da "Əl-Hilal" 19-cu dəfə ölkə çempionu titulunu qazanıb.