Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 35-ci turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Dörd qolun qeydə alındığı “Atletik” – “Osasuna” matçında qalib müəyyənləşməyib.
“Malyorka” “Las Palmas”la ev oyununda qələbəni tək qolla təmin edib. Beş qolluq “Vilyarreal” – “Sevilya” matçında da meydan sahibləri qələbə qazanıblar.
Səfərdə “Qranada” ilə qarşılaşan “Real” isə darmadağınla qalib gəlib. Artıq çempionluğu təmin etmiş Madrid nəhəngi bu oyunda 4 cavabsız qola sevinib. Komandasının qollarından birini də yenə start heyətdə meydana çıxmış Arda Gülər vurub.
Turun qalan oyunları qarşıdakı günlərdə keçiriləcək.
İspaniya, La Liqa
35-ci tur
10 may
Alaves – Jirona 2:2
Qollar: Quridi, 12; 90+9 – E.Qarsiya, 4. Y.Errera, 44.
11 may
Malyorka – Las Palmas 1:0
Qol: C.Qonsales, 29.
Vilyarreal – Sevilya 3:2
Qollar: Sörloot, 30; 90+7. Moskera, 84 – En Nesiri, 26; 44.
Qranada – Real 0:4
Qollar: F.Qarsiya, 38. A.Gülər, 45+2. B.Dias, 49; 58.
Atletik – Osasuna 2:2
Qollar: İ.Uilyams, 58. Vilyalibre, 90+6 – R.Qarsiya, 40; 47.
12 may
16:00. Kadis – Xetafe
18:15. Atletiko – Selta
20:30. Valensiya – Rayo Valyekano
23:00. Betis – Almeriya
13 may
23:00. Barselona – Real Sosyedad