Goranboyda ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib.BUTA.TV xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.