RU

Klub prezidenti məşhur hücumçunu “nankor” adlandırdı - MÜBAHİSƏ

PSJ-nin hücumçusu Kilian Mbappe ilə klub prezidenti Nasser Əl-Xələfi arasında münaqişə yaşanıb.

Sportinfo.az “Le Parisien”-ə istinadən xəbər verir ki, fevral ayında 25 yaşlı hücumçunun komandasını dəyişmək niyyətini açıqlamasından sonra tərəflər arasında ciddi mübahisə yaranıb.

Əl-Xələfi fransalı oyunçunu “nankor” adlandırıb, çünki o, onu klubun layihəsinin əsas siması etmək istəyirdi.

Mbappe mayın 10-da PSJ-dən ayrılacağını rəsmən açıqlayıb. Hücumçu mövsümün sonunda azad agent kimi klubu tərk edəcək.

Fransalı futbolçunun yeni iş yerinin Madrid “Real”ı olacağı bildirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
138
sportinfo.az

1Источники