Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo” sorğusuna cavab olaraq bildirilib ki, hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:
“Mayın 6-sı saat 07:50-də 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib. Xəstəyə sol orta beyin arteriyasında işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.
Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.