RU

“Evdən qaçan qadınlar cəzalandırılsın, yoxsa...”

“Son illər Azərbaycanda dünyada gedən proseslərin məntiqi davamı kimi, ailələrin dağılması adi hala çevrilib. Ötən 5 ayda isə məhz rəsmi nikahların 60-70 faizinin pozulmasının bir daha biz, cəmiyyətşünaslara böyük təsiri olub. Dövlət orqanlarına müraciət edərək bu məsələ ilə bağlı təkliflərimizi təqdim edək.

Uzun müddət etdiyimiz çağırışlara baxmayaraq, məmurlar bu problemin ciddiyətini qəbul etmək istəmirlər”.

Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov bildirib.

O, evdən qaçan qadınlarının sayının artması hallarını belə şərh edib:

“Telekanallarda bu kimi məsələlər işıqlandırılmağa başlayandan dövlət orqanları da əl-ayağa düşməyə məcbur olublar. Milli-mənəvi dəyərlərimiz, ailə, mental dəyərlərimizin son illərdə iflasa uğraması nəsillər arasında bağın qopmasına gətirib çıxardıb. Gənclərimiz o qədər Avropaya meylli olub ki, milli-mənəvi bağlarımızın qırılması ilə nəticələnən səhvlər edirlər. Yeni nəsil “mənəm-mənəm” deməklə, yalnız öz “mən”ini qabartmaqla, ailənin digər üzvləri və həyat yoldaşının azadlığını, partnoyorun istəklərini görməməzliyə vurmağa başlayıb. Hazırda ağbirçək-ağsaqqal və qohum-əqraba institutunu dağıtmağa meylli qruplarla üz-üzəyik”.

Aydın Xan sözünün davamında deyib: “Son illər ərli qadınlar, – istər orta və cavan nəsil olsun, istərsə də yeni evlənənlər – hər hansı bir söz-söhbətdən, yaxud qayınana-qayınatanın tənqidi fikrindən, ərin “telefonu az işlət”, “mənə çay gətir” kimi sözlərindən sonra evdən qaçmağa yönəlirlər. Uşaqlarını atanlar da olur, yanına alıb gedənlər də. Bilirlər ki, dövlət onların yanındadır. Boşanmaq üçün müraciət etsələr, aliment və daşınan, daşınmaz əmlakın yarısını tələb edə, yaxud da sığınacaqla təmin oluna bilərlər. Ona görə də analoji halların sayı get-gedə artır. Bunun qarşısını almaq isə mümkün deyil. Yalnız cəmiyyətin intellektual səviyyəsini qaldırmaqla, insanlarımızı təhsil və karyeraya yönləndirməklə, ailə institutlarının gözəl dəyərlərini müasirləşdirib, islah edib modernləşdirməklə və gənclərimizi bu istiqamətdə tərbiyə etməklə nə isə əldə etmək olar. Amma biz daşlaşmış mental dəyərlərdən, namus, qeyrət və s. arxaik anlayışlardan yapışıb dayansaq, bu kimi məsələlər baş qaldırmağa davam edəcək”.

Kulturoloq təklif edir ki, ailəsini atıb gedən şəxslərə qarşı sərt cəzalar tətbiq edilsin:

Избранный
251
4
publika.az

2Источники