RU

“Qarabağ”da yerli oyunçunun qabırğası çatladı

“Qarabağ”ın zədəli futbolçularının son durumuna aydınlıq gəlib.

Yassin Benzia və Andrey Lunyov “Zirə” ilə Premyer Liqanın 34-cü turunun matçının hazırlığı zamanı zədələniblər.

Əzələsini dartan fransalı yarımmüdafiəçi 10-14 gün müddətinə yaşıl meydanlardan kənar qalacaq. Onun Premyer Liqanın son turunda heyətə qayıtması gözlənilir.

Lunyov isə 5-6 gün məşqlərə qatıla bilməyəcək. Rusiyalının 35-ci turda meydana dönməsi istisna edilmir.

Marko Veşoviç və Toral Bayramov 33-cü turun “Neftçi” ilə görüşündə xəsarət alıblar. Zədəsi daha ciddi olan monteneqrolunun mövsümü başa vurmaq təhlükəsi var.

Onun durumu ilə bağlı yekun qərar təkrar müayinələrdən sonra veriləcək. Qabırğasında çat olan Bayramovun müalicəsi isə uğurla yekunlaşıb.

“Zirə” ilə görüşə sifariş olunacağı gözlənilsə də, meydana çıxmağı məşqçilərin qərarından asılı olacaq.

Bu gün keçiriləcək "Zirə" - "Qarabağ" oyunu saat 19:30-da başlayacaq.

Избранный
123
2
sportinfo.az

3Источники