Bakı. Trend:
Azərbaycan cüdoçuları Polşanın Radom şəhərində keçiriləcək cüdoüzrə Avropa Kata turnirində iştirak edəcəklər.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarışda 10 ölkədən 104 idmançı qüvvəsinisınayacaq.
Ölkəmiz turnirdə 6 idmançı ilə təmsil olunacaq. Cüdoçularımızturnirdə böyüklər arasında “Nage-no-Kata” və “Katame-no-Kata” üzrəfəndləri nümayiş etdirəcək.
Nage-no-Kata
Malik Alahverdiyev - tori (hücum edən idmançı)
Samir İsmayılov - uke (hücum edilən idmançı)
İsmayıl Rzayev - tori
İbrahim Aslanov - uke
Katame-no-Kata
Rafiq Nəcəfov - tori
Əmrah Əhmədov - uke