RU

“Atletiko” portuqaliyalını istəmir

“Atletiko”(Madrid) portuqaliyalı futbolçu Joao Feliksi satmağı düşünür.

İdmanxeber.az-ın məlumatına görə, icarə əsasında “Barselona”da çıxış edən oyunçu baş məşqçi Dieqo Simeonenin planlarına daxil deyil. Bu səbəbdən də rəhbərlik Joanonu komandaya qaytarmayacaq.

Feliks bu mövsüm “Barselona”da  41 matçda iştirak edib, 10 qol vurub və 6 məhsuldar ötürmə edib.

 

Избранный
137
idmanxeber.az

1Источники