Suraxanıda avtomobillərdən oğurladığı bank kartları ilə marketlərdən alış-veriş edən şəxs saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, o, Qaraçuxur qəsəbəsində ayrı-ayrı şəxslərə məxsus 4 avtomobilin şüşəsinin sındırılaraq onların salonlarında telefon, noutbuk, bank kartları, pul və digər qiymətli əşyalar oğurlayıb.
Şübhəli bilinən paytaxt sakini 1994-cü il təvəlüldlü Əli Səfərovdur.
Saxlanılan şəxs oğurladığı bank kartlarının bir neçəsi ilə mağazalardan alış-veriş etməyə də cəhd göstərib. Onun bu hərəkətləri təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.
Telegram kanalımız