Naxçıvanda iki nəfərin boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində yerləşən bazar gölündə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Mehrəliyev Əli Şahin oğlu və 2006-cı il təvəllüdlü Zəkəriyayev Fəttah Eyvaz oğlunun suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.