Bakı. Trend:
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan hesab edir ki,regionda bütün nəqliyyat kommunikasiyalarını açmaq lazımdır.
Trend erməni KİV-ə istinadən xəbər verir ki, Ararat Mirzoyanazərbaycanlı və qazaxıstanlı həmkarları ilə Almatıda görüş zamanıbildirib ki, Ermənistan və Azərbaycan sülh müqaviləsininimzalanması ilə məhdudlaşmamalıdır.
"Biz daha irəli gedərək bölgədəki bütün nəqliyyatkommunikasiyalarını aça bilərik", - deyə Mirzoyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistan sülhə və sülh müqaviləsininbağlanmasına yönəlib.
"Biz danışıqlar prosesinə çox konstruktiv şəkildə cəlbolunmuşuq", - deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 10-da Almatıda Ermənistan və Azərbaycanxarici işlər nazirləri arasında Qazaxıstan XİN rəhbəri MuratNurtleunun iştirakı ilə danışıqlar aparılır. Görüşün sonunda onlarmətbuata açıqlama ilə çıxış edəcəklər.